Özbəkistanda terror qruplaşması ifşa edildi

  • By Günel
  • 19 İyul 2025 08:40

Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “İslam Dövləti” beynəlxalq terror təşkilatının tərkibinə daxil olan “Vilayət Xorasan” qrupunu ifşa edib.

Gununsesi.info xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin daxili işlər orqanları ilə birgə keçirdiyi əməliyyat tədbirləri zamanı Namanqan şəhərində “İslam Dövləti-Xorasan vilayəti” beynəlxalq terror təşkilatının məxfi yuvası aşkar edilib. Maddi sübut kimi 40 DVD, 4 fleş disk, o cümlədən noutbuk və planşet götürülüb.

İdarənin məlumatına görə, qrup şkilatçısı Telegram messencerində ümumilikdə 120-dən çox iştirakçının olduğu virtual kanallar və qruplar yaradıb. Orada ekstremist materiallar paylaşılıb.

“Hazırda qruplaşmanın təşkilatçısı və üç fəal üzvü barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, həbs-qətimkan tədbiri seçilib. Qrupun digər üzvlərinə qarşı da istintaq hərəkətləri davam etdirilir”, – DİM-dən əlavə ediblər.

Gununsesi.info