Goranboyda yük maşını aşdı

  • By Günel
  • 19 İyul 2025 09:18

Goranboy rayonunda “KAMAZ” markalı yük maşını idarəetmədən çıxaraq aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, ot daşıyan maşınısürücüsü yolun dairəvi hissəsində yük avtomobilini aşırıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info