“ABŞ çox peşman olacaq” - Əraqçi

  • By Admin2
  • 05 Mart 2026 10:58

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-yə xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, iranlı nazir bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, ABŞ-ni İran sahillərindən 2000 mil məsafədə cinayət törətməkdə günahlandırıb:

“Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan “Dena” freqatı göyərtəsində təxminən 130 dənizçi ilə beynəlxalq sularda xəbərdarlıq edilmədən hücuma məruz qalıb. Bu sözlərimi yadda saxlayın: ABŞ yaratdığı bu presedentdən çox peşman olacaq”.

Xatırladaq ki, ötən gün İrana məxsus “Iris Dena” gəmisi Hind okeanında, Şri-Lanka sahillərində sualtı qayıq hücumuna məruz qalıb. Hücum nəticəsində azı 80 nəfər həlak olub.

 

Gununsesi.info