Millimiz Fransaya yollanıb

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Paris şəhərinə yola düşüb.

Gununsesi.info xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komandamız oktyabrın 9-da Bakı vaxtı ilə saat 22:00-da matçın baş tutacağı “Park de Prens” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

 

Gununsesi.info