Aslan İsmayılov peşəkar vəkillərin durumundan narahatdır

  • By admin
  • 08 Sentyabr 2025 14:35

Azərbaycanın tanınmış vəkili Aslan İsmayılov ölkə vəkillərinin durumu haqqında yazıb.

Gununsesi.info-nun xəbərinə görə, tanınmış vəkil öz qeydində rüşvətlə iş görənlərin daha öndə getdiyini deyib:

 

“Bugün fəaliyyətində əsas meyar qanun, ədalət, prinsipiallıq olan vəkillərin uğur qazanması faktiki olaraq mümkün deyil, çünki məhkəmə və hüquq-mühafizə orqanlarının yaratdığı şəraitdə prinsipləri dəllaqlıq, “pul hər şeydən üstündür” olan vəkillər at oynadırlar.

Bu gün fəaliyyətə başlayan minlərlə gənc vəkillər Aslan İsmayılovu da, onun əksi olan “iş görən” “ delovoy” vəkillərin də durumunu görürlər.

Onların da əksəriyyəti bütün həyatı boyu problemlər yaşamağı yox, əksinə dəllalıq edib pul qazanmağı üstün tuturlar, çünki bu gün maddiyyat dövrüdür”. 

 

Firuzə Mahmudova

Gununsesi.info