Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu M.Seyidov, H.Zərdabi, A.Abbasov, İ.Talıblı, N.Hikmət, Z.Kərimov küçələrinin, 7-9-cu sallaqxanaların, 1-5-ci Yasamal küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.













