İspaniya millisinin və “Barselona”nın 18 yaşlı futbolçusu Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə oyundan sonra pasportunu itirib.
Gununsesi.info “Beyaz futbol”a istinadən xəbər verir ki, futbolçu matçdan sonra uzun müddət pasportunu axtarıb.
Yamal bunun üçün paltardəyişmə otağına qayıdıb, lakin sənədini yenə tapa bilməyib.
Onun Türkiyəni tərk edib-etmədiyi hələlik məlum deyil.












