“Aygünü heç kim əvəz edə bilməz”

“Aygün xanımla da sözlərimiz çəp gəlirdi. Sonradan görüşdük də, danışdıq da, ünsiyyətimiz də var. Amma İnsanı mən hərtərəfli qəbul edirəm, ya da etmirəm”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova “Maşın” şouda aralarında inciklik olan Xalq artisti Aygün Kazımova haqda deyib.

“Layihədən sonra Aygün xanımla danışmırdıq. Amma həmişə deyirdim ki, şou deyəndə mənim üçün Aygün Kazımovadır. Bu qadının damarında-qanındadır şou, sanki bütün xəmiri şou ilə yoğrulub. Onu heç kim əvəz edə bilməz”,-deyə o əlavə edib.

 

Şəbnəm

Gununsesi.info