Cəlilabadda meyit tapıldı

Cəlilabad rayonunda meyit aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Babayev yaşadığı evdə ölü vəziyyətdə tapılıb. İlkin məlumata görə, meyit onun yaşadığı evdə aşkarlanıb.

Hazırda ölümün dəqiq səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info