
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.
Gununsesi.info xəbər verir ki, 73 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmməd Ağakişiyev üçüncü yer uğrunda görüşdə Aleksandr Aleynikova (Belarus Olimpiya Komitəsi) qızıl xalla qalib gələrək bürünc medala yiyələnib.
Qeyd edək ki, EYOF-2025-də daha əvvəl Azərbaycan cüdoçularından Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq) qızıl, Nuranə Hacızadə (48 kq), Zeyd Ələsgərov (60 kq) gümüş və Aysun Məmmədova (52 kq) bürünc medal qazanıb.
3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderliyini qoruyur.
