Rusiya və Ukrayna arasında razılaşmalar əldə edildi - YENİLƏNİB

  • By Günel
  • 23 İyul 2025 23:19

Rusiya və Ukrayna hər iki tərəfdən 1 200-ə yaxın əsiri dəyişdirəcək.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 3 min əsgərinin meyitini təhvil verməyi də təklif edib.

***

İstanbulun Çırağan sarayında tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb.

Gununsesi.info bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

Danışıqlar 40 dəqiqə davam edib.

Əlavə məlumat veriləcək.

***

20:32

İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan Sarayına gəlib.

Gununsesi.info