Şəmkirdə mübahisə bıçaqlanma ilə bitdi - YENİLƏNDİ

  • By Günel
  • 23 İyul 2025 21:51

Şəmkirdə bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Gununsesi.info xəbər verir ki, Şəmkir rayonunun Dəllər Daşbulaq kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Samir Quliyev münaqişə zəminində, Dəllər Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Qabbar Həsənova bıçaqla xəsarət yetirib. İlkin məlumata görə, həmin şəxslər içkinin təsiri altında olub.

Faktla bağlı araşdırma aparılır

***

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.

Daşbulaq kənd sakini Orxan adlı şəxs mübahisə zəmnində bir nəfəri bıçaqlayıb. Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Gununsesi.info