
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı qurumun fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi iştirakçı dövlətlər arasında yayılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Ermənistan Xarici İşlər Nazirliyi də ATƏT-in Minsk qrupunun buraxılması tələbini təşkilata üzv olan dövlətlərə göndərdiyi barədə bəyənat yayıb: “Daha əvvəl elan edilmiş razılaşmaya uyğun olaraq, bu gün ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların ləğvi ilə bağlı birgə ərizə və təklif olunan müvafiq qərar layihəsi ATƏT-in iştirakçısı olan dövlətlərə göndərilib”.