Paşinyan Putinə HESABAT VERDİ

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Paşunyan Putinə 8 avqust tarixli Vaşinqton görüşünün nəticələri barədə məlumat verib.

“Baş nazir Rusiya prezidentinə bu il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələri, o cümlədən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin” paraflanması, ATƏT-in Minsk Qrupu mexanizmlərinin ləğvi, regional kommunikasiyaların blokadadan çıxarılması, ərazi və hüquq-mühafizə prinsipləri çərçivəsində ATƏT-ə birgə müraciət, eləcə də “Trampın beynəlxalq sülhə və rifaha aparan yolu” layihəsinə dair məlumat verib”.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. Sənədə əsasən, Ermənistan ABŞ-a Ermənistan qanunvericiliyi əsasında fəaliyyət göstərəcək marşrutun inkişafı üçün eksklüziv uzunmüddətli hüquqlar verəcək. Amerika tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır. Azərbaycan bu marşrut üzrə Naxçıvanla quru əlaqə yarada biləcək.

Gununsesi.info