Prezident İlham Əliyev Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Vladimir Fekete “Dostluq” ordeni ilə təltif edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.