Bakıda evdən meyit tapıldı

  • By Ayshan
  • 01 Dekabr 2025 21:20

Bakıda evdən meyit tapılıb.

 

Gununsesi.info xəbər verir ki, meyit Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində aşkarlanıb. Mənzildən təxminən 65-70 yaşlı naməlum kişi cinsli şəxsin üzərində heç bir xəsarət və zorakılıq izi olmayan meyiti tapılıb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info