Bakıya 200 yeni avtobus gətiriləcək

  • By Günel
  • 28 İyul 2025 20:27

“2025-ci ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcı şirkətlər tərəfindən 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək”.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən məlumat verilib.

Qeyd olunub ki, AYNA tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.

“Hazırda paytaxtda müntəzəm marşrut xətlərində 2 200-dən çox avtobus istifadə olunur. Yeni avtobusların gətirilməsi, ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək”, – deyə AYNA-nın məlumatında bildirilir.

Gununsesi.info