Tovuzda yol qəzası baş verib: xəsarət alanlar var

  • By Günel
  • 28 İyul 2025 09:25

Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, qəza rayonunun Düz Çırdaxan ərazisində yol qovşağında baş verib.

Qazax rayonundan Tovuz istiqamətinə hərəkət edən “Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək hündürlükdə yerləşən qovşağı dönərkən aşıb.

Nəticədə 1966-cı il təvəllüdlü Asiya Əzizova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarərləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirlib. Vəziyyətləri orta-ağırdır.

Xəsarət alan digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Gununsesi.info