Gəncədə şəhid plakatlarının söküntüsünə start verildi

  • By admin
  • 28 İyul 2025 12:34

Gəncənin girişində magistral yolun kənarları ilə quraşdırılan şəhidlərin plakatlarının söküntüsünə başlanılıb.

Gununsesi.info-nun Gəncə Bürosu xəbər verir ki, bir neçə ay əvvəl bu məsələ gündəmə gəlsə də, ciddi narazılıqla qarşılanmışdı.

Həmin zaman yerli icra hakimiyyəti məsələni gündəmdən çıxarsa da, iyulun 28-dən söküntüyə start  verilib.

Şəhid ailələrindən bir neçəsi buna qarşı çıxıb, ancaq icra hakimiyyətinin kommunal təsərrüfat qurumları həmin plakatları söküb.

Xatırladaq ki, Gəncənin girişində Birinci və İkinci Qarabağ Müharibəsinin şəhidlərinin plakatları vurulmuşdu.

İddialara görə, şəhər icra hakimiyyəti bunu Gəncədə təşkil olunacaq MBD Oyunları ilə əlaqələndirib.

Günay Mahirqızı

Gununsesi.info