
Madaqaskar prezidenti Andri Radzuelina günlərdir davam edən etirazlardan sonra ölkədən qaçıb.
Gununsesi.info xəbər verir ki, Radzuelina ölkəni Fransa hərbi təyyarəsində tərk edib.
Əməliyyatın həyata keçirilməsini Fransa prezidenti Emmanuel Makron təsdiqləyib.
Madaqaskarda Nepal etirazlarına oxşar “Z nəsli” aksiyaları artıq iki həftədən çoxdur davam edir. Su və işıq kəsintilərinə etiraz olaraq başlayan tələbə nümayişləri, sonradan geniş xalq etirazlarına çevrilib. Ötən gün etirazları yatırmaq üçün göndərilən bəzi ordu qüvvələri etirazçıların tərəfinə keçib.BMT-nin məlumatına görə, etirazlar zamanı azı 22 nəfər həyatını itirib.