
ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS hərəkatı arasında müharibənin başa çatdığını bildirib.
Gununsesi.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, Tramp bu barədə Knessetdə (İsrail parlamenti – red.) jurnalistlərə açıqlamasında danışıb.
Xatırladaq ki, D.Tramp bu gün İsrailə səfər edib. O, Knessetdə çıxış etdikdən sonra Misirə yollanacaq və orada Sülh sammitində iştirak edəcək.