
Türkiyənin Bodrum şəhərində köpəkbalıqları sahilə üzüblər.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, xilasedicilər dron vasitəsilə bir neçə köpəkbalığını üzən insanların yaxınlığında görüblər və təcili olaraq bütün turistləri dənizdən çıxarıblar. Turistlər yırtıcıların uzaqlaşmasını gözləyiblər. Daha sonra bəziləri yenidən dənizə giriblər.