
Çinin cənubunda yerləşən Quançjouda güclü yağışlar səbəbindən torpaq sürüşməsi baş verib.
Gununsesi.info xəbər verir ki, torpaq sürüşməsi evlərə ziyan vurub, nəticədə 14 nəfər dağıntılar altında qalıb.
Axtarış-xilasetmə işlərinə təxminən 150 xilasedici və yanğınsöndürən cəlb edilib.
Son məlumatlara görə, hələ də 5 nəfər dağıntılar altındadır. Onların xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir. Minlərlə yerli sakin təcili təxliyə edilib.