
Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.
Əlavə məlumat veriləcək.