Kəramət Böyükçöl “yeriyən kitabxana” hazırlatdı – FOTO

Tanınmış yazar Kəramət Böyükçöl kitab satışı həyata keçirmək üçün maraqlı üsula əl atıb.
O, bir müddət öncə aldığı ikinci əl avtomobili “yeriyən kitabxana” halına gətirib.
Gununsesi.info xəbər verir ki, yazarın “kitab maşını” fəaliyyət göstərməyə demək olar, hazırdı.Kəramət Böyükçöl deyib ki, yaxın vaxtlardan etibarən “yeriyən kitabxana” ilə ölkəni dolaşmağı –  kitab satmağı planlaşdırır.