Yay aylarında aktuallaşan bir məsələ də çimərliklərin pullu və ya pulsuz olmasıdır.
Maraqlıdır, çimərlik pullu olmalıdır, ya pulsuz?
Gununsesi.info xəbər verir ki, bu barədə saytımıza hüquqşünas Şamil Paşayev danışıb.
Onun sözlərinə görə, çimərliyə getmək tamamilə pulsuzdur:
“Çimərliyə gedərdək heç kim sizdən pul tələb etməz. Dənizdə giriş zamanı pul yığmaq, hasar çəkmək 40 min manata qədər cərimədir. Bu hal ilə qarşılaşdığınız zaman İqtisadiyyat nazirliyinə və icra hakimiyyətinə şikayət edə bilərsiniz”,– deyə o, bildirib.
Afət
Gununsesi.info












