Dünyanın ən qoca prezidenti - Yenidən namizəddir

  • By Günel
  • 18 İyul 2025 08:19

Dünyanın ən yaşlı dövlət başçısı olan Kamerun prezidenti Paul Biya oktyabrda keçirilən seçkilərdə yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, 92 yaşlı prezident daha bir müddət vəzifədə qalmaq istəyir.

“Qarşılaşdığımız problemlərin aktuallığı xidmət etmək əzmimlə uyğun gəlir, əmin olun”, – 43 ildir hakimiyyətdə olan Biya namizədliyini belə açıqlayıb.

1982-ci ildən hakimiyyətdə olan Biya heç vaxt seçkilərdə məğlub olmayıb. Seçkidə qalib gəlsə, daha 7 il hakimiyyətdə olacaq və 100 yaşında yaxın dövləti idarə edəcək.

Gununsesi.info