Samuxda 17 yaşlı gənc qəza törətdi - Xəsarət alan var

  • By Günel
  • 17 İyul 2025 18:53

Samux rayonunda 17 yaşlı gənc avtomobillə 49 yaşlı kişini vurub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü Sənan Bayramov idarəetdiyi “VAZ 2107” markalı avtomobillə həmkəndlisi 1976-cı il təvəllüdlü İlham İsmayılovu vurub.

Hadisə İ. İsmayılov motosklet idarə edərkən baş verib. Sonuncu müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info