“Zirə” futbol akademiyasının üzvü Fərid Şahverdiyev vəfat edib.
Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, U-16 komandasının futbolçusu bu gün çimərlikdə boğulub.
“Zirə” mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir!














