Suriyanın keçmiş prezidenti Bəşər Əsədin müşaviri Luna əş-Şibillə Rusiya Prezidenti Vladimir Putini müzakirə etdiyi görüntüləri ortaya çıxarıb.
Gununsesi.info xəbər verir ki, görüntülər “Əl Ərəbiyyə” telekanalı tərəfindən təqdim edilib.
Luna əş-Şibil: “Putinin necə şişkin göründüyünü gördünüz?”
Əsəd cavab verir: “Bunların hamısı plastik əməliyyatdandır”.
Görüntülər Bəşər Əsədin hakimiyyətdə olduğu dövrdə çəkilib.












