Əziz Orucov azadlıqda

  • By admin
  • 27 Noyabr 2025 09:36

Kanal 13 İnternet TV-nin həbsdə olan rəhbəri Əziz Orucov azadlığa buraxılıb.

 

Gununsesi.info xəbər verir ki, jurnalistin 2 illik cəza müddəti başa çatıb.

Onu həbsxanadan ailəsi və vəkili Bəhruz Bayramov qarşılayıb.

Qeyd edək ki, Əziz Orucov qanunsuz ev tikməkdə ittiham olunurdu.

Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb.

Ona qaçaqmalçılıq ittihamı verilsə də bu ittiham sonradan xitam olundu.

 

Günay

Gununsesi.info