Günümüzün bir maddi məsələsi də faizə pul vermək, almaqdır.
Bəs görəsən, bu, tamamilə qanunsuzdurmu?
Hüquqşünas Rəşad Səfərov bu barədəGununsesi.info-ya bildirib ki, sadə faizlə borc vermək qanunsuz deyil.
“Azərbaycan qanunvericiliyinə görə, bir şəxs digərinə faizlə borc verə bilər. Bu, mülki hüquq münasibətidir(borc müqaviləsi). Yəni təkcə “faiz almaq” avtomatik cinayət sayılmır. Amma bu hallarda məsuliyyət yaranır. Lisenziyasız kredit fəaliyyəti. Əgər şəxs bunu davamlı biznes kimi edirsə,müxtəlif adamlara sistemli şəkildə borc verirsə, bu artıq bank/kredit fəaliyyəti sayılır və yalnız lisenziya ilə mümkündür. Lisenziyasız fəaliyyətə görə inzibati və ya cinayət məsuliyyəti yarana bilər”,- deyə o qeyd edib.
Hüquqşünas o cümlədən deyib:
Yüksək faizv istismar (sələmçilik kimi), əgər həddən artıq yüksək faiz tətbiq edilirsə, borcalanın çarəsiz vəziyyətindən istifadə edilirsə, bu hal məhkəmədə müqavilənin etibarsız sayılmasına, artıq faizlərin ləğvinə səbəb ola bilər.
Orxan












