Eldar Əzizov itlər üçün 426 min manatlıq yem alır

  • By Admin2
  • 18 İyul 2025 14:40

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Gununsesi.info xəbər verir ki, tenderin qalibi “Fəza-F” MMC-dən itlər üçün 150 ton quru yem alınacaq və bunun üçün 425 min 685 manat vəsait ödəniləcək.

Tender müsabiqəsinin qalibi olan şirkət 2013-cü ildə dövlət qeydiyyatına alınıb.

“Fəza-F” MMC 2022 və 2024-cü illərdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin keçirdiyi 5 tender müsabiqəsində qalib olub.

İt yemindən əvvəl “Fəza-F” MMC Departamentə xam duz, avtomobillər üçün ehtiyat hissələri və sürtkü yağları satıb.

Gununsesi.info