
Son günlər bəzi media orqanlarında Tahir Kərimlinin uzun illərdən rəhbəri olduğu Vəhdət Partiyasını borcuna görə satması barədə iddiaları yayılıb.
Gununsesi.info-nun xəbərinə görə, partiyanın keçmiş sədri Tahir Kərimli bu iddialarla bağlı açıqlama yayıb.
Həmin açıqlamada deyilir:
“Bəzi media orqanlarında Partiya sədrliyindən getməyimi hansısa xəyali borcun ödənilməsi müqabilində etməyim barədə böhtan məlumat yayılıb. Bildirirəm ki,yalnız alverçi təfəkküründə olan və ya hamının bu cür olduğunu düşünən şəxslər belə şəri yaya bilər. Məqsəd bizi gözdən salmaqdan ibarətir”.
Qeyd edək ki,”Vəhdət Partiyasının yeni sədri politoloq Adəm İsmayıl Bakuvidir.
Günay