
Ötən gün Tacikistanda Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdə iki ölkə arasında hərbi texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüş çərçivəsində Su-35 qırıcılarının alınması barədə razılaşma əldə edildiyi bildirilib.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan siyasi ekspert Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan Pakistandan daha mobil və yüksək döyüş tempinə malik qırıcılar alıb və növbəti partiyada qırıcıların alınması gözlənilir:

“Ümumiyyətlə, Rusiya -Ukrayna müharibəsi fonunda Kremlin Su-35 ciddi ehtiyacı var. Azərbaycan Rusiyadan silah idxalını kifayət qədər azaldıb. Böyük Britaniyanın Azərbaycan və Ermənistana silah embarqosunu ləğv etdikdən sonra, bu məlumat dövriyyəyə buraxılması təsadüfi deyil. Görünür, Rusiya Londonun bu qərarından narahatdır. Rusiya silah bazarını kifayət qədər itirib. Bunun yerini Qərb ölkələrinin silah şirkətləri tutur”.
O, qeyd edib ki, Azərbaycanla -Rusiya arasında geosiyasi proseslər müstəvidə kifayət qədər ziddiyyətlər var:
“Xüsusilə, Rusiya Cənubi Qafqazda geosiyasi nizamı qəbul etmək istəmir və prosesləri öz nəzarətinə almağa çalışır. Ona görə də Rusiya xarici işlər nazirinin müavini M. Qaluzin Azərbaycanla -Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanmasını Moskvanı təklif edib. Təbii ki, Azərbaycan buna getməyəcək”.
Şəbnəm