
Gürcüstan prezidenti Mixail Kavelaşvili Mtsxetoba-Svetitsxovloba bayramı münasibətilə 70 məhkumu əfv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Əfv fərmanı azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza çəkən 42 və həbsdə olan 24 şəxsə şamil edilib. Bundan əlavə, dörd vətəndaşın cinayət tarixçəsi silinib.
Bəyanatda bildirilir ki, Konstitusiya ilə prezidentə verilən müstəsna səlahiyyətlər humanizm və dövlət maraqlarına əsaslanır.
Qeyd edək ki, Gürcüstanda əfv hüququ Gürcüstan prezidentinin ixtiyarındadır və qərarlar məhkumun ərizəsi və Prezident yanında Əfv Komissiyasının tövsiyələri nəzərə alınaraq qəbul edilir.