Sabirabadda qəza

Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb.

“QAZ-31” markalı avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin Əsgərbəyli kənd sakini, 1958-ci il təvəllüdlü Ağammədov Tofiq Hacıbala oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info