“Hörmüz boğazını bağlamamışıq və oradan keçən gəmilərlə beynəlxalq protokollara uyğun davranırıq”.
Gununsesi.info xəbər verir ki, İranın Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahının müavini briqada generalı Kioumərs Heydəri deyib.
O əlavə edib ki, yalnız özlərini ticarət gəmisi kimi göstərməyə çalışan hərbi gəmilərlə mübarizə aparırlar:
Qeyd edək ki, İran Hörmüz boğazına nəzarəti tam ələ keçirib. İslam İnqilabı Keşikçiləri Korpusunun təmsilçisi Məhəmməd Əkbərzadə ötən gün bildirib ki, Hörmüz boğazı hazırda İslam Respublikası donanmasının tam nəzarəti altındadır.











