İsrail və Suriyanın yüksək vəzifəli rəsmilərinin ABŞ-nin vasitəçiliyi ilə Parisdə yeni təhlükəsizlik müqaviləsi üzrə danışıqları yenidən başlatmaq üçün görüşəcəyi bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də yerləşən “Axios” veb saytının İsrail rəsmisinə və məsələ ilə tanış olan başqa bir mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ administrasiyası İsrail və Suriyaya sərhəd boyunca təhlükəsizliyi sabitləşdirmək və diplomatik normallaşmaya yol açmaq məqsədi daşıyan razılığa gəlmək üçün təzyiq göstərir.
Mənbələr bildirib ki, İsrail və Suriyanın yüksək vəzifəli rəsmiləri bazar ertəsi günü Parisdə yeni təhlükəsizlik müqaviləsi üzrə danışıqları yenidən başlatmaq üçün görüşəcəklər və ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın danışıqlarda vasitəçilik edəcəyi gözlənilir.
Mənbələr iddia edir ki, iki gün davam etməsi planlaşdırılan danışıqların əsas məqsədi Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyanın cənubunun demilitarizasiyasını və İsrailin nəzarətində olan Suriya ərazisindən çıxarılmasını əhatə edən təhlükəsizlik razılaşmasına nail olmaq idi.













