Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoydular

  • By Günel
  • 14 Avqust 2025 10:56
Kərbəla ziyarətinə gedən zəvvarları aldadıb Tbilisidə yarıyolda qoyublar.
Onlar “Risalət Travel”in rəhbərinin Kərbəla Ziyarətinə gedən zəvvarları çətin vəziyyətə saldığını iddia edirlər.
Bildirirlər ki, 200-ə yaxın şəxsin hər biri tur rəhbəri olan Rasim Şahbazov adlı şəxsə Kərbəla ziyarətinə getmək üçün 600 dollardan artıq pul ödəyib. Rasim Şahbazov isə zəvvarları Gürcüstanın Tbilisi şəhərinə göndərdikdən sonra özünün də onların arxasınca gələcəyini bildirsə də, pulları mənimsəyərək yoxa çıxıb:
“Nə bizə viza açıb, nə bizə geri dönüş üçün bilet alıb. Hal-hazırda Kərbəlada çox pis vəziyyətdə qalmışıq. Sonrada öz aramızada pul yığıb avtobuslarla yola düşmüşük. Avtobuslar xarab olub deyə minik avtomobili tutmuşuq. Bunların hamısın xərcini özümüz etmişik. Bağdat-Türkiyə-Bakı geri dönüş üçün 970 manata bilet almışam”.
Məsələ ilə bağlı  “Risalət Travel” in rəhbəri Rasim Şahbazovun həyat yoldaşı bildirib ki, bir neçə gündür yoldaşından xəbər yoxdur.
“Mənim yoldaşımdan xəbərim yoxdur. Bilmirəm hardadır? Telefonuna zəng çatmır. Mən də istəyirəm tapılıb çıxsın ortaya. Yoldaşım günahkardır ki, onları orda çöldə qoyub. Kaş onların qarşısına çıxardı. Günah yoldaşımdadı. Allaha and olsun ki, mənim bu olanlarda xəbərim  olamyıb”.