“Mən qızımla bağlı mövzunu özüm üçün bağlamışam”.
Gununsesi.info xəbər verir ki, bunu deputat Elman Nəsirov “Kanal S”ə müsahibəsində deyib.
O qeyd edib ki, birinci evliliyindən olan qızı Laləzar Əliyeva ilə bağlı məsələ qəfil başladı:
“İlk evliliyim 3-4 il davam edib, sonra ayrılmışıq. Qanuni çərçivədə nə öhdəliyim varsa, hamısını icra etmişəm. Sadəcə məlum təzyiqlər fonunda hadisə birdən-birə baş verdi və eyni formada da dayandı. Mən faktla danışıram, həmin vaxt da dedim ki, onların 5 evləri var. Laləzarla hər şey qaydasında olub, hətta keçən il yenə ev alıblar”.
Millət vəkili bildirib ki, hazırda məlum mübahisələrdən sonra qızı ilə ünsiyyəti yoxdur:
“Amma bundan əvvəl olub. Ümumiyyətlə, birinci evliliyimdə kefimdən boşanmamışam, sadəcə olaraq qarşı tərəfdə psixi pozuntular üzə çıxdı. Uşaq vaxtı keçirib, sonra müalicə olunaraq düzəlib, yenə ortaya çıxıb. Yaşamaq mümkün deyildi. Həmin durumda mən hələ 4 il dözdüm ki, bəlkə sağalar”.
Xatırladaq ki, oktyabr ayında deputat Elman Nəsirovun ilk nikahından doğulan qızı Laləzar Əliyeva atasını ittiham edərək, ona zamanında aliment ödəmədiyini və ev vermədiyini demişdi. E.Nəsirov isə qızının ittihamlarının əsassız olduğunu bildirmişdi.













