Könüllü fəaliyyət iş stajına təsir edirmi?

  • By Admin2
  • 29 Avqust 2025 11:15

“Bəzi QHT və sosial layihələrdə könüllü işləyirəm, amma maaş almıram. Bu, əmək stajına əlavə olunurmu, ya xeyr?” 

Gununsesi.info bu barədə hüquqşünas Uğur Əliyevin fikirlərini öyrənib.

O, deyib:

“Könüllü fəaliyyət təmənnasızdır və əmək müqaviləsi hesab edilmir. Buna görə sosial sığorta yatırılmadığı üçün rəsmi əmək stajınıza daxil olmur. Ancaq bəzən könüllülər üçün ayrıca proqramlar olur, müəyyən sertifikat və təcrübə sənədləri fayda verə bilər. Amma pensiya və rəsmi staj yönündən könüllülük fəaliyyəti qəbul edilmir. Bu, Əmək Məcəlləsinə aid olmayan bir tədbirdir”.

Orxan

Gununsesi.info