
“Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinə dair 19-cu sanksiyalar paketini və əlavə tədbirləri hazırlayır. Bu addımlar Kremlə təzyiqləri artırmalı və Ukraynaya dəstəyi gücləndirməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bildirib.
Fon der Lyayen Kiyevə edilən gecə hücumlarını şiddətlə pisləyərək bildirib ki, Avropa İttifaqının Ukraynadakı nümayəndəliyi bu hücumdan ciddi şəkildə təsirlənib. Komissiya rəhbəri açıqlayıb ki, “iki raket 20 saniyə ərzində Aİ nümayəndəliyindən cəmi 50 metr məsafəyə düşüb”.
O, vurğulayıb: “Bu, göstərir ki, Kreml Ukraynanı qorxutmaq üçün heç bir işdən əl çəkməyəcək”.