Maşın ağaca çırpıldı

Oğuz rayonunun Padar kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, BMW markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobil yanıb.

Yanğın söndürüldükdən sonra, xilasedicilər maşında qalan sərnişin, rayonun Padar kənd sakini, 21 yaşlı Rəvan Mirzəyevin yanmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info