Mikayıl Cabbarov güləşçimizi təbrik edib - FOTO

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında güləş üzrə medal qazanan millimizin üzvünü təbrik edib.

Gununsesi.info  xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib:

“Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında güləş üzrə millimiz uğurlarını davam etdirir.

Milli komandanın təcrübəli üzvü, sərbəst güləşçimiz Osman Nurmaqomedov (92 kq) bürünc medal qazanıb. Karyerasında 4-cü dəfə dünya çempionatında fəxri kürsüyə qalxan güləşçimizi, məşqçilərimizi və idmançımızın ailə üzvlərini təbrik edirik. İnanırıq ki, Osman gələcək yarışlarda daha yüksək əyarlı medallarla bizi qürurlandıracaq”.

Image

Gununsesi.info