Neftinin qiyməti 1 dollar ucuzlaşdı

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,98 ABŞ dollar azalıb.

Gununsesi.info xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,98 ABŞ dolları, yaxud 1,55 % azalaraq 62,17 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 

Gununsesi.info