Paşinyan: Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bütün məsələlər həll olunmayıb

Ermənistan və Azərbaycan liderləri tərəfindən Zayed Mükafatının qəbul edilməsi, hər iki tərəfin sülh tərəfdarı olmasının təsdiqidir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun fikrincə, bu, Ermənistan ətrafında müsbət mühit yaradır.

“Bu, münaqişə ilə bağlı bütün məsələlərin həll olunduğu anlamına gəlmir. Lakin münaqişə bitdi və bu da münaqişə ilə bağlı məsələlərin həlli üçün ilkin şərtlər yaradır. Biz bu ilkin şərtlərdən düzgün istifadə etməyi bacarmalıyıq ”, – deyə Paşinyan qeyd edib.

O, sülhün həmişə qayğıya ehtiyacı olduğunu deyib.

Gununsesi.info