ABŞ-nin Azərbaycandakı səfirliyi iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə bağlı bəyanat yayıb.
Gununsesi.info xəbər verir ki, bəyanatda deyilir:
“Bu sənəd iki ölkə arasında münasibətləri daha da gücləndirəcək. Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunun geniş potensialını reallaşdırmaq üçün Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir”.











