Paşinyan: Bu, Azərbaycanla münaqişəni yeniləmək anlamına gələcək

Yeni Konstitusiya Müstəqillik Bəyannaməsinə istinad olmamamalıdır.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayımda bildirib.

“Yeni Konstitusiyada Bəyannaməyə istinad olmamalı olduğunu deyəndə mövqeyimi açıq şəkildə ifadə etdim. Niyə? Sadəcə olaraq, Qarabağ hərəkatının davam etməsinin qarşısını almaq zərurətinə əsaslanaraq. Bu gün yeni Konstitusiya qəbul etsək və preambulada Bəyannaməyə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz anlamına gələcək. Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək. Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək”, – Paşinyan bildirib.

O əlavə edib ki, bu, Qərbi Ermənistan, “dənizdən dənizə Ermənistan” müzakirəsini qəbul etmək deməkdir.

Onun sözlərinə görə, incəlik ondadır ki, bu, praktikada “Qərbi Azərbaycan”, “Şərqi Türkiyə” və s. müzakirələri istisna etmək deməkdir.

Gununsesi.info