Paşinyan Gürcüstana gedir

  • By Admin2
  • 27 Fevral 2026 13:47

Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə Gürcüstana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

O, Paşinyanın səfərinə görə martın 4-də parlamentdə illik hesabatın təqdimatının təxirə salındığını qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan sonuncu dəfə Gürcüstanda ötən ilin oktyabrında işgüzar səfərdə olub.

Gununsesi.info